cümə axşamı 17 aprel 2025 - 19:17
Memarlıq və şəhərsalma sahəsində İslam hikmətinə əsaslanan paradiqmaların hazırlanması

Hövzə: Şiraz Şəhər İslam Şurası Tədqiqat Mərkəzinin rəhbəri, memarlıq və şəhərsalma sahəsində İslam hikmətinə əsaslanan paradiqmaların hazırlanacağını bildirdi.

Əmir Səccad Abidi, Şirazda keçirilən İslam hikməti idarəçiləri iclasından sonra, Hövzə Xəbər Agentliyinə verdiyi müsahibədə, iclasın keçirilməsinə toxunaraq dedi: Höccətül-İslam vəl-Muslimin Neyrinin səyləri və Fars vilayətində Vəliyyi-Fəqihin təlimatları ilə, İslam hikməti idarəçiləri iclası, Şah Çırağ (ə) mübarək məqbərəsinin ev sahibliyi ilə keçirilməkdədir.

O, əlavə etdi: İslam hikməti idarəçiləri iclasının keçirilməsi, Şiraz Şəhər İslam Şurası Tədqiqat Mərkəzi ilə İslam hikməti ali məclisi arasında əməkdaşlıq yaranmasına səbəb oldu.

Şiraz Şəhər İslam Şurası Tədqiqat Mərkəzinin rəhbəri, memarlıq və şəhərsalma sahəsində İslam hikmətinə əsaslanan paradiqmaların hazırlanmasında, xüsusi işçi qruplarının təşkil edilməsi ilə inkişaf və tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığını vurğuladı.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha